"Yaxın qonşular - MDB dövlətləri ilə münasibətlərimiz Rusiyanın xarici siyasətində vacib istiqamət olaraq qalır" - deyə Rusiya prezidenti Vladimir Putin Federal yığıncağa illik müraciətində bəyan edib.
O qeyd edib ki, hazırda MDB-nin mövcudluğunun məqsədəuyğunluğu ətrafında mübahisə gedir. "Biz MDB-də islahatların aparılması üzərində işləyirik" - deyə prezident qeyd edib.
V.Putin vurğulayıb ki, MDB gənc dövlətlərə keçid dövrünü itkisiz və böhransız keçməyə kömək edib.
"Kəskin münaqişəli vəziyyətlərin həllində Rusiyanın köməyindən istifadə olunub. Biz bundan sonra da sülhməramlı missiyanı icra edəcəyik" - deyə Rusiya prezidenti əlavə edib. Bu barədə "RBK" xəbər verib.