...

İran dosyesinin BMT TŞ-ə verilməsinə cavab olaraq MAQATE ilə əməkdaşlığı dayandıra bilər

Dünya xəbərləri Materials 14 İyul 2006 14:50 (UTC +04:00)

İran nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına verilməsinə cavab olaraq Atom enerjisi üzrə Beynəlxalq Təşkilatla (MAQATE) əməkdaşlığı dayandıra bilər. Bu bəyanatı İran prezidenti Mahmud Əhmədi Nejad verib. Cənubi Azərbaycan əyalətindəki mitinqdə çıxış edərkən, o qeyd edib ki, İran "sülh yolu"nu seçib və bu yol Nüvə silahının yayılmaması barədə Müqaviləyə (NSYM) və MAQATE tələblərinə tamamilə uyğundur.

Trend in verdiyi xəbərə görə, əgər Tehran Qərb ölkələrinin İrana qarşı pis niyyətdə olduğunu düşünsə, o, hazırki siyasəti yenidən nəzərdən keçirə bilər.

M.Ə.Nejad həmçinin İranın beynəlxalq prinsip və normalara sadiq olduğunu bir daha qeyd edib. Bu zaman o, İran xalqının sülh məqsədləri ilə atom enerjisinə hüququ olduğunu yenə də bəyan edib və təsdiq edib ki, İran, əvvəlki kimi, nüvə probleminin tənzimlənməsi üzrə "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) tərəfindən irəli sürülmüş təkliflər paketini öyrənir və bu il avqustun 22-də bu təşəbbüslərə cavab vermək fikrindədir.

Xatırladaq ki, bu il iyulun 12-də "altılıq" İranın nüvə dosyesinin BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) vermək haqqında qərar qəbul edib. BMT Nizamnaməsinə, daha dəqiq desək, 7-ci fəslin 41-ci maddəsinə əsasən, İrana qarşı diplomatik münasibətlərin pozulmasına səbəb ola biləcək iqtisadi və siyasi sanksiyalar tətbiq oluna bilər.

Xəbər lenti

Xəbər lenti