...

Qazaxıstanın qızıl-valyuta ehtiyatları iyulda 5,1% artıb

Dünya xəbərləri Materials 2 Avqust 2006 18:22 (UTC +04:00)

Qazaxıstanın qızıl-valyuta ehtiyatları iyulda 5,1% artaraq, 24,1 mlrd dolları keçib. Qazaxıstan Milli Bankından "İTAR-TASS"a verilən məlumata əsasən, bunun 10,2 mlrd dolları Qazaxıstan Milli Fondunun vəsaitləridir.

Trend agentliyinin məlumatına əsasən, Qazaxıstan Milli Bankının beynəlxalq ehtiyatları iyul qiymətlərilə 6,3% və ya 821 mln dollar artaraq 13,9 mlrd. təşkil edib. Qazaxıstan Milli Bankı tərəfindən valyuta alışı və Maliyyə Nazirliyinin hesabına daxilolmalar xalis valyuta ehtiyatlarının artımına gətirib çıxarıb.

Bu müddət ərzində quzulla olan aktivlərin qiyməti 70,4 mln dollar artaraq 1162,9 mln. təşkil edib. Buna qızılın dünya bazarlarındakı qiymət artımı təsir göstərib.

Xəbər lenti

Xəbər lenti