...

Türkiyə inşaatçıları Türkmənistan XİN əməkdaşları üçün yeni yaşayış binası tikəcək

Dünya xəbərləri Materials 10 Avqust 2006 19:02 (UTC +04:00)

Türkmənistan Xarici İşlər Nazirliyinin əməkdaşları üçün növbəti kömfortlu yaşayış binası Türkiyənin "EFOR İnşaat Yatırım Sanayi ve Dış Ticaret A.Ş." şirkəti tərəfindən layihələşdirilərək tikiləcək. Müvafiq qərar prezident Saparmurat Niyazov tərəfindən imzalanıb.

Trend "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, bu sənədə əsasən, Türkmənistan XİN yuxarıda adı çəkilən şirkətlə Aşğabadın mərkəzi prospektlərinin birində 12 mərtəbəli, 36 mənzilli evin inşası haqqında müqavilə imzalayıb. Bina yeraltı qaraj və sosial-məişət obyektlərilə təchiz olunacaq. Binanın yaxınlığındakı ərazi abadlaşdırılacaq və yaşıllaşdırılacaq.

Tikinti artıq 2006-cı ilin avqustunda başlanacaq. 2007-ci ilin oktyabrında isə bina istismara veriləcək. Layihənin ümumi dəyəri ƏDV ilə 7,012 mln. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti