...

Mixail Saakaşvili – 2007-ci ildə Gürcüstan Türkiyə vasitəsilə Avropa dəmir yoluna daxil ola biləcək

Dünya xəbərləri Materials 28 Dekabr 2006 11:51 (UTC +04:00)

"Baxmayaraq ki, Abxaziyadan bizim dəmir yolunu bağlayıblar, Gürcüstan gələn il Türkiyə vasitəsilə Avropa dəmir yoluna qoşula biləcək". Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili biznesmenlərlə xeyriyyə ziyafətində bildirib.

Prezidenti bildirib: "Biz Türkiyənin dəmir yolu vasitəsilə Avropaya keçmək niyyətindəyik, bu yol Bosfordan keçir və o istiqamətdə davam edir".

Prezident qeyd edib ki, bu layihənin reallaşmasına heç nə mane ola bilməz. Xatırladaq ki, ABŞ Senatı erməni lobbisinin təzyiqi altında Ermənistandan yan keçərək Gürcüstan, Azərbaycan və Türkyənin dəmir yollarının birləşdirilməsini nəzərdə tutan bu layihəyə sponsorluq etməyi Amerika banklarına qadağan edən qərar qəbul edib.

Qars-Axalkalaki layihəsi 400 milyon dollara başa gəlir. Gürcüstan öz ərazisindəki dəmir yolu hissəsinin tikintisi üçün Azərbaycan və Türkiyədən 180 milyon dollar həcmində kredit alacaq.

Xəbər lenti

Xəbər lenti