...

Şimali Koreya: 2006-cı ildə ABŞ KXDR ərazisi üzərində 2,2 mindən artıq kəşfiyyat uçuşu həyata keçirib

Dünya xəbərləri Materials 10 Yanvar 2007 10:37 (UTC +04:00)

Pxenyan bildirir ki, 2006-cı ildə ABŞ KXDR ərazisi üzərində 2,2 mindən artıq kəşfiyyat uçuşu həyata keçirib.

Şimali Koreya hökumətinin məlumatına əsasən "Associated Press" agentliyi bildirir: "2006-cı ildə strateji və taktiki kəşfiyyat təyyarələrindən istifadə edilməklə Şimali Koreyaya qarşı 2,2 mindən artıq hava şpionajı faktı törədilib".

"RBK"ya istinadən Trend ə bildirir ki, ABŞ bu faktlara dair heç bir şərh verməyib, lakin Şimali Koreya silahlı qüvvələrinə nəzarət etdiyini da etiraf edib.

KXDR mütəmadi olaraq "ABŞ tərəfindən Şimali Koreyaya qarşı hava şpionajı faktları"nın statistikasını dərc edir. 2006-cı ilin sentyabr ayında KXDR silahlı qüvvələri 170, avqustda isə 180 belə uçuşu qeydə alıb.

Xəbər lenti

Xəbər lenti