...

Qazaxıstanın qaz nəqletmə şirkəti adını dəyişib

Dünya xəbərləri Materials 2 Fevral 2007 15:34 (UTC +04:00)

"QazTransQaz"-ın mətbuat xidmətinə istinadən Trend in Astanadakı xüsusi müxbirinin məlumatına əsasən, Qazaxıstanın qaz nəqletmə şirkəti adını dəyişib.

Mətbuat xidmətindən bildirilib ki, "QazTransQaz Distribyuşn" SC-nin adı "QazTransQaz Aymaқ" adı ilə əvəz olunub.

Mətbuat xidmətində qeyd olunub ki, şirkətin adının dəyişilməsi Qazaxıstan Respublikasının antiinhisar qanunvericiliyinə edilmiş dəyişikliklər və əlavələrlə bağlı regional qaz təchizatının restrukturizasiyası üzrə ilkin tədbirlərin mərhələlərindən biridir.

"QazTransQaz Aymaқ" SC Qazaxıstan Respublikasının yeddi əyalətinin istehlakçılarını təbii qazla təmin edən əsas təchizatçılarından biridir.

Fəaliyyət müddəti dövründə şirkət respublikada təbii qaz satış bazarınn 60%-ni tutaraq özünü xarici və yerli təchizatçılara, yerli qaz istehlakçılarına etibarlı partnyor kimi təqdim edib. Şirkət 2001-ci ilin fevralında yaradılıb.

Yeganə səhmdar Qazaxıstanda əldəetmə, idarə və magistral qaz kəmərləri infrastrukturunun xidməti və istifadəsi üçün 2000-ci ildə yaradılmış "QazTransQaz" SC-dir.

"QazTransQaz"Qazaxıstanın "QazMunayQaz" milli neft-qaz şirkətinin tərkibinə daxildir və republikada 10 000 kilometr məsafədə uzanmış və illik buraxılışı 190 milyard kub metr təşkil edən əsas qaz kəməri nəqliyyat şəbəkəsinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti