...

Sarkozi Fransada prezident seçkiləriylə bağlı keçirilən sorğularda öndə gedir

Dünya xəbərləri Materials 5 Mart 2007 14:36 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/ Fransada yaxınlaşan prezident seçkiləri ilə bağlı keçirilən ictimai rəy sorğularında iqtidarda olan Xalq Hərəkatı Birliyinin (UMP) namizədi, Fransa daxili işlər naziri Nikolas Sarkozi ən güclu rəqibi hesab edilən Fransa Sosialist Partiyasının namizədi Segolene Royaldan qabaqdadır.

IPSOS ictimai araşdırma mərkəzinin apardığı araşdırmaya görə, iştirakçıların 53.5 faizi Sarkozini dəstəklədiyini bildirib. Fransanın ilk qadın prezidenti olmağı hədəfləyən Royal isə səslərin 46.5 faizini alıb.

Keçən həftə aparılan digər ictimai araşdımada isə hər iki namizədin də prezident seçkilərində təxminən eyni şanslara sahib olduqları ortaya çıxıb.. Bu anketin nəticələrinə görə, Sarkozinin seçkilərin ilk turunda səslərin 32 faizini, Rolayın isə səslərin 25 faizini alacağı, Fransa Demokratiya Birliyinin (UDF) başçısı Fransua Bayrunun 18 faiz səslə önündəki iki rəqibini təqib edəcəyi bildirilir. Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı olduğunu dəfələrlə dilə gətirən Sarkozi, indiyə qədər aparılan 29 ictimai yoxlamada da en güclu namizəd olduğunu sübut etdi. Xatırladaq ki, Fransada prezident seçkiləri üçün ilk tur 22 apreldə , ikinci tur isə mayın 6-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti