...

Boeing sərnişindaşıyan 747-400 təyyarələrinin istehsalını dayandırır

Dünya xəbərləri Materials 17 Mart 2007 12:24 (UTC +04:00)

Boeing sərnişindaşıyan 747-400 tipli təyyarələrin istehsalını dayandırır. RBK . -nın məlumatına görə, aviasiya sənayesi şirkətinin nümayəndəsi Tim Bayder bildirib ki, Boeing daha onu məşhur edən nə sərnişin, nə də yük daşıma modelli sifarişlər qəbul etmir, buna səbəb yeni nəsil 747-8 təyyarələrinin istehsalına keçməkdir. Gözlənilir ki, ilk 747-8 yük təyyarəsi 2009-cu ildə, onun sərnişin variantı isə 2010-cu ildə istismara veriləcək.

Boeing 747-400 1989-cu ildə istismara verilib və 747 variantı üzrə ən çox satılan təyyarə olub. 747-400 variantlı təyyarələrə 450-dən çox sərnişinin yerləşdirilməsi 2005-ci ilin apreldə həyata keçirilib. Boeing bu model üzrə son sifarişini China Airlines tərəfindən 2002-ci ilin noyabrında alıb. Associated Press -in məlumatına görə, bununla bərabər Boeing hələ 747-400 yük modelli 36 sifariş yerinə yetirməlidir.

Xəbər lenti

Xəbər lenti