...

Azərbaycan güləşçisi Mariya Stadnik Avropa Çempionatı finalına çıxıb

Cəmiyyət Materials 4 Aprel 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müx. Z.Səfərov/Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (48kq) Tamperdə keçirilən Avropa Çempionatının finalına çıxıb.

Birinci döyüşdə o, Rumıniyadan olan Kristina Kroytora qalib gələrək, dörddəbir finalda Natalya Koquta 6:5 hesabı ilə üstün gəlib. Yarımfinal çərçivəsində, Bakıda keçən il keçirilən çempionatda Olimpiya lisenziyasıqazanan Stadnik, yunan Fani Psataya qalib gəlib və indiki həlledici görüşdə fransız Vanessa Bobremm ilə görüşəcək.

Azərbaycanın digər idmançısı - Olesya Zamula (63kq) isə, bürünc mükafat qazanmaq şansına malikdir, bunun üçün o, təsəlliedici görüşdə Bolqarıstandan olan Elina Vasevə qalib gəlməlidir. Belə ki, Olesya mundialda minimal məsələni yerinə yetirərək, Pekinə bilet qazanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti