...

Teymur Məmmədov Azərbaycana 54-cü lisenziyanı qazandırdı

İdman Materials 23 İyun 2016 22:55 (UTC +04:00)
Bakıda keçirilən “Rio-2016” boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin yarımfinalında Azərbaycan millisinin iki boksçusu rinqə çıxıb.
Teymur Məmmədov Azərbaycana 54-cü lisenziyanı qazandırdı

Bakı. Trend:

Bakıda keçirilən “Rio-2016” boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin yarımfinalında Azərbaycan millisinin iki boksçusu rinqə çıxıb.

Trend-in məlumatına görə, Teymur Məmmədov 1/4 finalda mərakeşli boksçu Hassan Saadanı ilə qarşılaşmalı idi, lakin rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün T.Məmmədov yarımfinala yüksəlib. Beləliklə, boksçumuz Azərbaycana Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazandırıb.

75 kiloqram çəkidə mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı isə 1/4 finalda “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi olan irlandiyalı Maykl O'Rilli ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Lakin boksçumuz Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır.

Sabah Rüfət Hüseynov (49 kq) yarımfinalda meksikalı Xoselito Velaskes Altamirano ilə görüşəcək. Bu çəkidə finala yüksələn boksçu da Rioya lisenziya qazanacaq.

Xəbər lenti

Xəbər lenti