...

Avropa Olimpiya Oyunları ilə bağlı Bakıda yeni idman qurğuları quraşdırılacaq

İdman Materials 11 Dekabr 2012 11:17 (UTC +04:00)
Avropa Olimpiya Oyunlarının məhz Bakıda keçirilməsi ölkəmizin tarixində xüsusi bir yer tutacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Avropa Olimpiya Oyunları ilə bağlı Bakıda yeni idman qurğuları quraşdırılacaq

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Avropa Olimpiya Oyunlarının məhz Bakıda keçirilməsi ölkəmizin tarixində xüsusi bir yer tutacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Rəhimov deyib ki, Avropa Oyunları ilə bağlı Bakının müxtəlif yerlərində yeni idman qurğuları quraşdırılacaq.

"Bəzi qurğular, məsələn, çimərlik voleybolu üçün qurğular müvəqqəti olaraq tikiləcək və Olimpiya Oyunlarından sonra həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək. Olimpiya şəhərciyi məsələsi də öz həllini tapacaq. Bu məqsədlə Heydər Əliyev prospektində Koroğlu metrostansiyasının yaxınlığında yerləşən binaların Olimpiya Oyunları üçün təmir olunaraq idmançıların ixtiyarına verilməsini nəzərdə tuturuq. Orada müxtəlif lazımi qurğular, yeməkxanalar, istirahət mərkəzləri və s. də quraşdırılacaq", - Rəhimov əlavə edib.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti