...

Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada yayımı ilə bağlı yeni sazişlər imzalanıb

Baku 2015 : EUROGAMES Materials 1 May 2015 15:45 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayiş olunmasını təmin edəcək yeni sazişlərə imza atılıb.
Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada yayımı ilə bağlı yeni sazişlər imzalanıb

Azərbaycan, Bakı, 1 may /Trend/

Bakı-2015 bu yay 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək sazişlərə imza atıb.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, aşağıda adları çəkilən kanallarla bu yaxınlarda sazişlər bağlanıb:

- NOS - Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malik və ödənişsiz ictimai yayım şirkəti;
- "DIGISport" kanalı ilə birlikdə Çexiya televiziyası da Çex Respublikasındakı milyonlarla izləyici üçün Avropa Oyunlarının hər gün geniş şəkildə yayımını həyata keçirəcək;
- TV6 - BAOƏK, Avropa Oyunlarının TV6 kanalında ödənişsiz yayımlanması üçün Bakı-2015 Modern Times Group-un bir hissəsi olan TV6 kanalına lisenziya vermək barədə Litva Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir;
- ORF - Avstriyanın ictimai yayım şirkəti Oyunların eksklüziv yayım hüququna malikdir və ORF Sport Plus kanalı vasitəsilə hər gün Oyunların əsas məqamlarından ibarət 60 dəqiqəlik veriliş təqdim edəcək;
- Setanta Sports Eurasia - Türkmənistanda və Özbəkistanda müstəsna televiziya hüquqları əldə edib.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dünyaca Londonda məşhur "Dorchester" hotelində Bakı-2015 Avropa Oyunlarının şərəfinə keçirilmiş və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirinin bu həftənin əvvəlində ev sahibliyi etdiyi möhtəşəm gecədə yuxarıda adıçəkilən altı yeni yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat vermək şərəfinə nail olub.

S.Kleq söyləyib: "Son bağlanmış televiziya sazişləri, bu yay Bakıda gerçəkləşdiriləcək Bakı-2015 Avropa Oyunlarına Avropada və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir. Avropa üzrə bağladığımız yayım sazişləri, Avropanın 32 ölkəsində Oyunları cəmi 75% olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər, ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir".

Bakı-2015 tərəfindən bağlanmış bu son sazişlər sayəsində yarışlar Avropanın bütün guşələrində və bütün dünyada yayımlanacaq. Birləşmiş Ştatlar, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və Ərəb dünyası, Şimali Afrika ilə sazişlər imzalanıb.

Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti Andre Bolhis dedi: "NOS-un Birinci Avropa Oyunlarını yayımlacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbəri Holland idmanı üçün möhtəşəm xəbərdir. Hollandlar idmanı sevirlər və Bakı 2015 Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm. "Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın Oyunlarla tanışlığı bizim üçün önəmli məsələlərdəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti