...

İngiltərəli turist: Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarına bilet alıb

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 13:53 (UTC +04:00)
"İkinci dəfədir ki, Bakıya gəlirəm. Kiçik qızımla birgə Avropa Oyunlarına tamaşa etməyə gəlmişəm. Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarında yarışlara bilet alıb". Bunu Trend-ə ingiltərəli turist Karalayn Tod deyib.
İngiltərəli turist: Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarına bilet alıb

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"İkinci dəfədir ki, Bakıya gəlirəm. Kiçik qızımla birgə Avropa Oyunlarına tamaşa etməyə gəlmişəm. Qardaşım mənə ad günü hədiyyəsi olaraq Avropa Oyunlarında yarışlara bilet alıb". Bunu Trend-ə ingiltərəli turist Karalayn Tod deyib.

O bildirib ki, Avropa Oyunlarında güləş, boks, gimnastika və sinxron üzgüçülüyə biletləri var: "Azərbaycanda yaxşı vaxt keçirəcəyəm. Avropa Oyunları çox maraqlı keçir. Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edib. Bakı mənim çox xoşuma gəlir, gözəl görünüşü var, insanlar çox qonaqpərvər və mehribandırlar".

K.Tod Azərbaycanın digər regionlarına, o cümlədən Qobustana getdiyini bildirib: "Qobustan dağları çox xoşuma gəldi. Ümumiyyətlə, Azərbaycanın çox gözəl təbiəti və iqlimi var. Azərbaycanın həm də dadlı xörəkləri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti