...

Eston badmintoçu: Avropa Oyunlarında iştirak istənilən idmançı üçün fantastik təcrübədir

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 17:34 (UTC +04:00)
I Avropa Oyunlarında iştirak etmək istənilən idmançı üçün fantastik təcrübədir.
Eston badmintoçu: Avropa Oyunlarında iştirak istənilən idmançı üçün fantastik təcrübədir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Maksi Tsurkov/

I Avropa Oyunlarında iştirak etmək istənilən idmançı üçün fantastik təcrübədir. Bunu Trend-ə estoniyalı badmintoçu Kati Tolmoff deyib.

Onun sözlərinə əsasən, Oyunlar badmintonun inkişafı üçün önəmlidir: "Badmintonun Oyunların proqramına daxil edilməsi onun Avropa və dünyada inkişafı üçün vacibdir".

İdmançı qeyd edib ki, Azərbaycana ilk dəfədir gəlir: "Bakı çox xoşuma gəldi. Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti