Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Ş.Cavadsoy/
Tanınmış Azərbaycan müğənnisi Xəyyam Nisanov İsmayıl Əsədovun "Ağ mələyim" mahnısına yeni klip çəkdirir.
"Bu klip dənizdə boğulan və burulğandan geri qayıtmayan insanlara həsr olunub", - Trend-ə layihənin musiqi prodüseri Murad Arif deyib.
Klipin rejissoru Ülviyyə Könüldür.
Klipin süjeti mücərrəddir, lakin bütünlükdə baş qəhrəmanın itirdiyi qıza həsr olunub.
Çəkilişlər Xəzərin sahilində aparılır.