...

Qalmaqal! Müğənni Murad Sadıx Namiq Qaraçuxurluya yox dedi

Mədəniyyət Materials 11 Avqust 2011 18:13 (UTC +04:00)
Mətbuata verdiyi son açıqlamalarında meyxanaçı Namiq Qaraçuxurlunun müğənni Murad Sadıxla ifa edəcəkləri duetdən ağızdolusu danışması şou-biznesdə yeni bir qalmaqalın təməlini qoydu. Trend-ə danışan Murad Namiqin ona qarşı diqqətsiz olmasını söyləyib, meyxanaçı ilə işbirliyinə razılıq verməyəcəyini israrla bildirdi
Qalmaqal! Müğənni Murad Sadıx Namiq Qaraçuxurluya yox dedi

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Mətbuata verdiyi son açıqlamalarında meyxanaçı Namiq Qaraçuxurlunun müğənni Murad Sadıxla ifa edəcəkləri duetdən ağızdolusu danışması şou-biznesdə yeni bir qalmaqalın təməlini qoydu. Trend-ə danışan Murad Namiqin ona qarşı diqqətsiz olmasını söyləyib, meyxanaçı ilə işbirliyinə razılıq verməyəcəyini israrla bildirdi.

"Namiqi başa düşə bilmirəm. Jurnalistlərə müsahibə verib deyir ki, Murad Sadıxla duet oxuyacağam, hətta mahnıya klip də çəkdirmək istəyir. Mənimlə isə bu barədə ətraflı danışmaq istəmir. Mənə məlum olan hər iki nömrəsinə zəng etsəm də, ya cavab vermir, ya da telefona ümumiyyətlə zəng çatmır. Axı nə səbəbdən işbirliyimizin təfərrüatları barəsində media mənsublarına danışır, mənə isə heç nə demir? Heç mahnını da təqdim etməyib ki, ona qulaq asım. Qərarım qətidir, artıq mən onunla duet oxumaq istəmirəm. Bu duetə YOX deyirəm. Qoy məndən inciməsin. Belə dostluq olmur", - Murad Sadıx dedi.

Müğənninin iradının yersiz olmadığını təsdiqlədik. Belə ki, mobil telefonuna dəfələrlə zəng etsək də, Namiq "alo" demək istəmədi. Amma əminik ki, Muradın onun barəsində dediklərini oxuduqdan sonra danışmağa sözü olacaq.

Xəbər lenti

Xəbər lenti