...

"Eurovision 2012"-nin Monteneqrodan olan iştirakçısı səbirsizliklə Bakıya gəlişini gözləyir

Mədəniyyət Materials 17 Yanvar 2012 15:54 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin Monteneqrodan olan iştirakçısı Rembo Amadeus Azərbaycan xalqının qonaqpərvərliyini görmək üçün Bakıya gəlişini səbirsizliklə gözləyir.
"Eurovision 2012"-nin Monteneqrodan olan iştirakçısı səbirsizliklə Bakıya gəlişini gözləyir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir A.Məmmədova/

"Eurovision 2012" mahnı müsabiqəsinin Monteneqrodan olan iştirakçısı Rembo Amadeus Azərbaycan xalqının qonaqpərvərliyini görmək üçün Bakıya gəlişini səbirsizliklə gözləyir.

"Xalqınızın kifayət qədər eşitdiyim qonaqpərvərliyinə güvənirəm", - çərşənbə axşamı Rembo Amadeus Trend-ə deyib.

Amadeusun sözlərinə görə, o, yerli milli musiqi, rəqs və mətbəxlə tanış olmaq üçün Bakıya gəlişini səbirsizliklə gözləyir.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Amadeus, həmçinin Əzizə Mustafazadə yaradıcılığının böyük pərəstişkarıdır. "Mən şəxsən onunla tanış deyiləm, lakin onun musiqisini sevirəm. Onun musiqisini melodiyaların nadir və gözəl kombinasıyaları fərqləndirir. Mən Əzizə ilə görüşməyi çox istərdim. Fikrimcə, Əzizəni sevən və onun məşhur atası Vaqif Mustafazadəni xatırlayan ölkə zərif tamaşaçılara malik olmalıdır ki, buna da şübhə etmirəm", - Amadeus deyib.

O, həmçinin Bakı klublarının birində canlı oxumaq istəyini bildirib.

Amadeus Monteneqronun onu bu nüfuzlu müsabiqədə təmsil etmək üçün seçməsindən məmnun olduğunu bildirib və deyib ki, ona bəslənən etimadı doğrultmağa çalışacağaq. "Ən böyük problem onunla bağlı olacaq ki, əgər mən müsabiqədə qalib gəlsəm, Monteneqronun növbəti "Eurovision"u təşkil edə biləcəyini düşünmürəm" , - müğənni vurğulayıb.

Onun "Eurovision"da qarşıdakı çıxışına gəlincə, Amadeus qeyd edib ki, hazırda bu musiqi nömrəsi üzərində iş gedir. Amadeusun sözlərinə görə, onun səhnəyə qeyri-adi qrimdə çıxması istisna edilmir.

Rembo Amadeus müğənninin ləqəbidir, onun əsl adı Antonie Puşiçdir. O, Monteneqroda anadan olub, Serbiyada yaşayır. Amadeus 1988-ci ildən disk buraxmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti