...

Jerar Depardye Bakıya gələcək (FOTO)

Mədəniyyət Materials 9 Avqust 2012 13:38 (UTC +04:00)
Dünya kinosunun ulduzu Jerar Depardye sentyabrda Bakıya səfər etməyi planlaşdırır.
Jerar Depardye Bakıya gələcək (FOTO)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir C.Babayeva/

Dünya kinosunun ulduzu Jerar Depardye sentyabrda Bakıya səfər etməyi planlaşdırır.

Trend-in Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Depardyenin paytaxtımıza səfəri Aleksandr Düma haqqında sənədli filmin çəkilişlərində iştirakla əlaqədardır.

Fransız aktyor filmdə Aleksandr Düma rolunu ifa edəcək.

Aleksandr Düma XIX əsrdə Qarabağa səyahət edib və Azərbaycanın tanınmış şairəsi, sonuncu Qarabağ xanının qızı Natəvanın qonağı olub.

Xəbər lenti

Xəbər lenti