...

“Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatdan seçmələr- Musiqili hekayətlər” antologiyası Azərbaycan və ingilis dillərində

Mədəniyyət Materials 29 Fevral 2016 11:03 (UTC +04:00)
Azərbaycanın müxtəlif şəhər və rayonlarında Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Musiqi Festivalları keçirilir. Bu mədəni siyasətin davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatından seçmələr- Musiqili hekayətlər” əsəri 2 dildə nəşr olunub.
“Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatdan seçmələr- Musiqili hekayətlər” antologiyası Azərbaycan və ingilis dillərində

Bakı. Trend:

Azərbaycanın müxtəlif şəhər və rayonlarında Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Musiqi Festivalları keçirilir. Bu mədəni siyasətin davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatından seçmələr- Musiqili hekayətlər" əsəri 2 dildə nəşr olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, kitabın tərtibçi redaktoru və ideya müəllifi Səlim Babullaoğlu, musiqi alətləri haqqında məqalələrin müəllifi isə Ziyadxan Əliyevdir. Tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlanmışdır.

Bu kitab Azərbaycanın milli musiqi mədəniyyətinə, klassik və çağdaş Azərbaycan ədəbiyyatına hörmətin bir əlaməti kimi ərsəyə gəlmişdir. "Musiqili hekayətlər" kitabının konsepsiyasında Azərbaycanın XX əsr klassiklərinin və müasirlərinin əsərləri ilə yanaşı, ölkəmizin qədim köklərə malik olan musiqi alətləri-tar, kamança, saz, balaban, ud və tütək haqqında əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin müfəssəl məqalələri daxil edilmişdir. Kitabda insanın həyatının musiqidə necə əks olunduğu göstərilmişdir.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti