...

Cavanşir Məmmədovun qızı türk aktyorla ailə həyatı qurub (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2016 17:24 (UTC +04:00)
A.Selçuk "Kırqın çiçekler", "Küçük gelin", "Kurtlar vadisi pusu", "Gecenin kraliçesi" kimi seriallarda rol alıb.
Cavanşir Məmmədovun qızı türk aktyorla ailə həyatı qurub (FOTO)

Bakı. Trend:

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədovun qızı Türkiyədə ailə həyatı qurub.

Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir.

Məlumatda X.Məmmədovanın türkiyəli aktyor Arif Selçuka ərə getdiyi bildirilir.

Aktyor bildirib: “Azərbaycanlıların qonaqpərvərliyi, mədəniyyəti bizimkilərə çox bənzəyir. Azərbaycanın sevilən ifaçısı Cavanşir Məmmədovun kürəkəni olmaqdan qürur duyuram".

Qeyd edək ki, A.Selçuk "Kırqın çiçekler", "Küçük gelin", "Kurtlar vadisi pusu", "Gecenin kraliçesi" kimi seriallarda rol alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti