...

Azərbaycan Nəsiminin qəbrinin bərpası ilə bağlı öz yardımını təklif edib

Mədəniyyət Materials 28 Dekabr 2019 17:06 (UTC +04:00)

Bakı. Vüqar İmanov - Trend:

İmadəddin Nəsiminin qəbri və türbəsi ilə bağlı, gördüyünüz kimi, bəzi restrukturizasiya işləri artıq başlayıb. Azərbaycan dövləti də bu layihədə öz yardımını təklif edir.

Bunu Trend-ə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib: "Hələlik yekun qərar yoxdur, amma bizim renovasiya ilə bağlı planlarımız və layihələrimiz olub. İndiki məqamda bu, mümkün görünmür, amma biz görürük ki, indi Suriya hökuməti bu yerə hörmətlə yanaşır, bura ilə bağlı bəzi işlər aparır. Bu yer, demək olar ki, ziyarətçilər üçün müqəddəs hesab olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti