...

Bakı metrosunda tüstülənmənin səbəbi açıqlandı

Gündəm Materials 15 May 2018 09:50 (UTC +04:00)
Bakı metrosunda tüstülənmənin səbəbi açıqlanıb.
Bakı metrosunda tüstülənmənin səbəbi açıqlandı

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: "Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".

Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti