...

CNN: Şəki - Azərbaycanın karvanlar və xanlar şəhəri

Gündəm Materials 31 İyul 2018 19:07 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan neftlə məşhurlaşmamışdan əvvəl ipək və ədviyyatla tanınıb

Trend-in məlumatına görə, bu barədə CNN-də dərc edilən məqalədə deyilir.

Məqalədə bildirilir ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Xəzər dənizi və Qafqaz dağları ilə hüdudlanan ölkə Şərqlə Qərbi əlaqələndirən İpək yolunun mühüm hissəsi olub:

“İpək yolu üzərində, Azərbaycanın şimal-qərbində yerləşən Şəki beynəlxalq ipək mərkəzi olub. Bu gün bu şəhər orta əsr memarlığı ilə Azərbaycanın ən gözəl şəhərlərindən biridir”.

Qeyd olunur ki, Şəkinin əsas görməli yeri Şəki xanlarının sarayıdır:

“18-ci əsrdə tikilmiş ikimərtəbəli binanın zəngin daxili və xarici görünüşü var. Bu ideal və simmetrik şah əsərin tikintisində Rusiya oduncağı, Fransa şüşəsi və Osmanlı dulusçuluq məhsullarından istifadə olunub”.

Məqalədə o da vurğulanır ki, fasad “şəbəkə” adlanan müxtəlif rəngli şüşələrdən ibarət olan və mismar və yapışqan istifadə olunmadan hazırlanan mozaikadan ibarətdir:

“Sarayın daxilində altı otaq çiçəklər, fauna, ov və döyüş səhnələrini əks etdirən qəliz freskalarla örtülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti