...

Yerevan yenə qarışdı, etirazçılar yolu bağladı: "Nikolu tələb edirik!" (FOTO)

Gündəm Materials 8 Aprel 2019 12:34 (UTC +04:00)
Məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Yerevan yenə qarışdı, etirazçılar yolu bağladı: "Nikolu tələb edirik!" (FOTO)

Bakı. Trend:

"Spayka" şirkətinin əməkdaşları Yerevanın mərkəzində Tiqran Mets prospektini bağlayıblar.

Trend-in məlumatına görə, onlar şirkətin direktoru Davdi Kazaryanın həbsinə etiraz edirlər.

Məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri D.Kazaryanın olduğu avtomobilin çıxmasına şərait yaratmağa cəhd etsələr də, nümayişçilər mane olmağa çalışıb, hətta maşına zərbələr endiriblər.

Aksiya iştirakçıları "Nikolu (baş nazir Nikol Paşinyan - red.) tələb edirik!" "Sona qədər mübarizə!" şüarları səsləndirirlər.

Qeyd edək ki, Yerevan şəhər məhkəməsi D.Kazaryanın iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Ona qarşı vergidən yayınma ittihamı irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti