...

Şəmkirdə sərxoş ər evi yandırdı, 2 yaşlı oğlu yanıb öldü

Hadisə Materials 18 Avqust 2019 12:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb.

Trend-in məlumatına görə, hadisə zamanı evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hal-hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təchiz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Qaynananın bədənini 50%, 24 yaşlı qızın bədənini 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edlib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti