...

Bu yollarda tıxac var: Avtobuslar gecikir (FOTO) (SİYAHI)

Gündəm Materials 19 Avqust 2020 09:00 (UTC +04:00)

Bakı. Trend:

Hazırda qeyd olunan küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur:

Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şossesi Azadlıq prospekti istiqamətində, Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şossesi şəhər istiqamətində, Zabrat şossesi H.Əliyev prospekti istiqamətində.

Bakı Nəqliyyat Agnetliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti