...

İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Gündəm Materials 8 Sentyabr 2020 12:24 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sənəd qəbulu 10 sentyabr saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti