...

İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı

Gündəm Materials 30 Aprel 2021 15:59 (UTC +04:00)
İki nəfər koronavirus təhlükəsinə görə imtahana buraxılmadı

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarına iki nəfər buraxılmayıb.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti