...

Kolleclərə və rezidenturaya sənəd qəbulu başlayıb

Gündəm Materials 26 May 2021 11:11 (UTC +04:00)
Kolleclərə və rezidenturaya sənəd qəbulu başlayıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gündən 2021/2022-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbuluna start verilir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə qeyd edib ki, ərizələrin qəbulu iyunun 8-dək internet vasitəsilə aparılacaq: “Kolleclərə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər”.

O bildirib ki, bu gün həmçinin rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu da başlayır: “Proses iyunun 4-dək davam edəcək. Ərizə vermək üçün tələb olunan məbləğ 60 manatdır. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə sentyabr ayında keçirilməsi planlaşdırılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti