...

Samuxda avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO)

Gündəm Materials 17 İyul 2022 18:15 (UTC +04:00)
Samuxda avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayon sakini, Yusif Hüseynov idarə etdiyi “GAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücünün avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə Y. Hüseynov 15 sutka inzibati qaydada həbs olunub məsuliyyətə cəlb olunub.

Bundan başqa bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində atmosferə normadan artıq ixrac qazları buraxan 20-yə yaxın avtomobil sahibi barəsində qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti