...

Magistraturaya elektron sənəd qəbulu başladı

Gündəm Materials 21 İyul 2023 11:06 (UTC +04:00)
Magistraturaya elektron sənəd qəbulu başladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu başlayıb.

Trend xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat prosesi iyulun 31-i saat 18:00-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti