...

"YouTube" yeni reklam bloklama funksiyasını sınaqdan keçirir

Gündəm Materials 16 Avqust 2023 13:37 (UTC +04:00)
"YouTube" yeni reklam bloklama funksiyasını sınaqdan keçirir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Youtube”, reklam blokerlərini ödənişli abunəçiliyə cəlb etmək üçün dəyişiklik etməyə davam edir.

Trend-in məlumatına görə platformada reklamı bloklayan proqramdan istifadə edənləri indi pop-up funksiyası qarşısını alacaq.

“YouTube” istifadəçilərə yalnız iki seçim təklif edəcək; Reklam blokerini söndürmək, yaxud “YouTube Premium”da qeydiyyatdan keçmək.

“YouTube” nəinki bu xəbərdarlığı aradan qaldıracaq, həm də istifadəçidən müəyyən müddət ərzində seçim (30 - 60 saniyə) etməyi xahiş edəcək. İstifadəçi ya “YouTube”da reklamlara icazə verəcək, ya da “YouTube Premium”a keçəcək. “YouTube” bu funksiyanı qlobal miqyasda müəyyən qruplarda sınaqdan keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti