...

Azərbaycanın İraqdakı sülhməramlı bölüyünün əsgəri xidməti vəzifəsini yerinə yetirərkən həlak olub

Hadisə Materials 28 İyun 2008 13:51 (UTC +04:00)
Azərbaycanın İraqdakı sülhməramlı bölüyünün əsgəri xidməti vəzifəsini yerinə yetirərkən həlak olub

Azərbaycan, Bakı, 28 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan sülhməramlı bölüyünün əsgəri İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-News-a şənbə günü verilən məlumata görə, əsgər Ağayev Rafael Seyidbala oğlu 1 il idi İraqda xidmət göstərirdi. Əsgərin cənazəsi dünən Azərbaycana yola salınıb.

20 yaşlı əsgər Ağayev 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.Onun cənazəsi bu gün doğulduğu Xaçmaz rayonunun İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb.

Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə bu, ilk ölüm hadisəsidir. 150 nəfərdən ibarət Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlılar bölüyü Əl-Hədida şəhərindəki su- elektrik stansiyasını qoruyur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti