Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonu ərazisində 36 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb.
Binəqədi rayon Polis İdarəsinin (RPİ) 6 - ci polis bölməsindən çərşənbə günü Trend - a verilən məlumata görə, bir neçə gün əvvəl rayonun Biləcəri qəsəbəsinin sakini Sevinc Zöhrab qızı Soltanova 8 yaşlı qızı Gülçin Elçin qızı Sultanova ilə birlikdə yaşadığı ünvandan çıxıb və bundan sonra itkin düşüblər.
Hazırda onların tapılması üçün əməliyyat - axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Binəqədi RPİ-nin 6 - ci polis bölməsində araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]