...

Azərbaycanda ana azyaşlı uşağı ilə birlikdə öldürülüb

Hadisə Materials 22 Noyabr 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bərdə, 22 noyabr / Trend müxbir Ş.Cəlaloğlu/ Azərbaycanın cənub - qərb bölgəsində ana azyaşlı uşağı ilə birlikdə qətlə yeririlib.

Trend -un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ötən gecə Bərdənin Alaçadır kəndində məskunlaşmış Agdam rayon sakini, 42 yaşli Cəmilə Əhəd qızı Şükürova və onun 2002 - ci il təvəllüdlü qızı Arzu Mahir qızı Quluzadə naməlum şəxs tərəfindən yaşadıqları evdə öldürülüblər. Onların meyitləri səhər saatlarında aşkar edilib. Hadisə yerinə rayon polis idarəsinin və prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar. İlkin araşdırma zamanı Şükürovanın küt alətlə, Quluzadənin isə boğularaq öldürülməsi müəyyən edilib. Hadisə zamanı mərhumlardan başqa evdə heç kim olmayıb.

Hadisəni törədən şəxsin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti