İranın Həmədan-Savə magistral yolunda sərnişin avtobusu dərəyə aşıb, 24 nəfər ölüb, 16 nəfər yaralanıb. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "İribnews" məlumat verib.
Məlumata əsasən, sürücü yuxulu vəziyyətdə avtobusu idarə etdiyi üçün sərnişin avtobusu 7 metrlik körpünün üzərindən dərəyə aşıb. Hadisə nəticəsində xəsarət alanların vəziyyətinin ağır olduğu və ölənlərin sayının artacağı bildirilir.
Sərnişin avtobusu Həmədan əyalətinin Əstərabad şəhərindən Tehran istiqamətində hərəkət edirmiş.