...

Azərbaycan-İran sərhədində zəlzələ baş verib

Hadisə Materials 25 Mart 2011 16:05 (UTC +04:00)
Azərbaycan-İran sərhədində, Cəlilabaddan 80 km qərbdə, Füzuli royunu yaxınlığında zəlzələ baş verib.
Azərbaycan-İran sərhədində zəlzələ baş verib

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Hacıyev/

Bu gün yerli vaxtla saat 13:52-də Azərbaycan-İran sərhədində, Cəlilabaddan 80 km qərbdə, Füzuli rayonu yaxınlığında zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, zəlzələ Rixter cədvəli üzrə 4,5 bal olub. Yeraltı təkan Füzulidə 3,0 bal, Cəlilabadda və Yardımlıda 2,5 bal, Biləsuvarda, Lənkəranda, Masallıda 2,0 bal hiss olunub.

Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, insan təlafatı və tikililərdə dağıntı yoxdur.

Xəbər lenti

Xəbər lenti