...

Azərbaycanda xərçəng hüceyrələrini məhv edən qida məhlulu icad olunub

Hadisə Materials 31 Mart 2011 12:30 (UTC +04:00)
Azərbaycanda "Nizami A.S" müəssisəsi nəzdində fəaliyyət göstərən elmi-təcrübə və sınaq laboratoriyasında xərçəng və şəkərli diabet hüceyrələrini məhv edən qida məhlulu icad olunub.
Azərbaycanda xərçəng hüceyrələrini məhv edən qida məhlulu icad olunub

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Nizami A.S" müəssisəsi nəzdində fəaliyyət göstərən elmi-təcrübə və sınaq laboratoriyasında xərçəng və şəkərli diabet hüceyrələrini məhv edən qida məhlulu icad olunub.

Laboratoriyanın baş texnoloqu Çimnaz Əliyeva Trend-ə bildirib ki, uzun illərdir üzərində tədqiqatlar aparılan məhlul xərçəngin yayılmasının qarşısını alacaq. "Məhlul profilaktik təsirə malik olduğundan, onu həkimlə məsləhətləşmədən də istifadə etmək mümkün olacaq", - Əliyeva bildirib.

Geniş profilaktik təsir spektrinə malik, toxumaların atom-molekulyar tərkibini qidalandıraraq xərçəng hüceyrələrini məhv edən, mürəkkəb biokimyəvi və biofiziki xüsusiyyətlərə malik AÇZP tərkibli yeni vitamin birləşməsi hormon və fermentlərə xarakterik, neon xüsusiyyətli özünəməxsus forma və funksiyası olan müstəqil kimyəvi məhluldur.

Azərbaycanda bu qida məhlulunun üzərində 1988-ci ildən iş başlanıb.

Laboratoriyanın baş texnoloqu bildirib ki, məhlulun ixtira sənədləri Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti