Azərbaycan, Bakı, 10 noyabr / Trend, müxbir E.Mehdiyev/
Bakıda donvurmadan bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, 50-55 yaşlı kişi noyabrın 8-də Suraxanı rayonu ərazisində donvurma ilə xəstəxanaya gətirilib və saat 22:30 radələrində orada ölüb.