...

Qəbələdə selin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür

Hadisə Materials 11 İyul 2012 10:46 (UTC +04:00)
Qəbələ rayonunda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün rayon icra başçısının sədrliyi və rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirilir.
Qəbələdə selin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür

Azərbaycan, Bakı, 11 iyul /Trend müxbir K.Zərbalıyeva/

Qəbələ rayonunda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün rayon icra başçısının sədrliyi və rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirilir. Bu barədə Trend-ə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, rayonda yağan güclü leysan yağışlar nəticəsində sel suları yaşayış evlərini, şəxsi təsərrüfatları basıb.

Rayon ərazisindən keçən çaylarda suyun səviyyəsinin qalxması səbəbindən mühafizə bəndləri dağılıb.

Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti