Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Bakı bulvarında intihara cəhd olub.
Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən saat 15:00 radələrində Dənizkənarı Bulvarda Saat qülləsinin yaxınlığında 52 yaşlı Eleanora Cəbrayılova özünü dənizə atıb.
Cəbrayılova hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən dənizdən sağ çıxarılıb.
Onu özünə qəsd etməyə vadar edən səbəb araşdırılır.