...

Kürd muxtariyyətində toqquşma: İraq ordusunun 12 əsgəri həlak olub

Hadisə Materials 20 Noyabr 2012 10:00 (UTC +04:00)
Bu gecə İraqın hökumət qüvvələri ilə kürd muxtariyyətinin silahlı dəstələri arasında silahlı toqquşma baş verib.
Kürd muxtariyyətində toqquşma: İraq ordusunun 12 əsgəri həlak olub

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gecə İraqın hökumət qüvvələri ilə kürd muxtariyyətinin silahlı dəstələri arasında silahlı toqquşma baş verib. Nəticədə İraq ordusunun 12 əsgəri və bir dinc sakin həlak olub. Bu barədə Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.

Toqquşma mərkəzi hakimiyyətin idarəçiliyi altında olan Tikrit şəhərində baş verib. Buna səbəb isə kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin mərkəzi hakimiyyətin qoşunlarının muxtariyyətin ərazisinə buraxılmamasına dair verdiyi əmr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti