...

Mingəçevirdə 7 yaşlı uşağı maşın vurdu

Hadisə Materials 28 Yanvar 2013 02:01 (UTC +04:00)
Mingəçevir şəhərində 7 yaşlı uşağın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Mingəçevirdə 7 yaşlı uşağı maşın vurdu



Azərbaycan, Bakı, 27 yanvar /Trendi/

Mingəçevir şəhərində 7 yaşlı uşağın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend EL TV-yə istinadən xəbər verir ki, yanvarın 27-si saat 16:00 radələrində şəhərin Təbriz küçəsində 7 yaşlı uşağı sürətlə hərəkət edən avtomobil vurub.

Yevlax rayonu Boşçalı kənd sakini Əliyev Münasib Yediyar oğlu idarə etdiyi "VAZ-21154" markalı 10-KG-215 dövlət nömrə nişanlı minik avtomobili ilə sürət həddini aşaraq, 2005-ci il təvəllüdlü Mingəçevir şəhəri Vaqif kücəsi 10, mənzil 42-də yaşayan Həşimova Mələk Bilal qızını vurub.

Azyaşlı uşaq aldığı ağır xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şəbəsinin əməkdaşları istintaq aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti