Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Suraxanı Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 1-də gecə saat 01:45 radələrində 1985-ci il təvəllüdlü, Bakı şəhər sakini Mahmudov Elçin Müzəffər oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə Zığ-Hövsan yolu ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.Nəticədə sürücü Mahmudov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sərnişinlər - Bakı şəhər sakini Vüqar Ağayev və Sumqayıt şəhər sakini Aqil Hüseynov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.