Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Qaz boruları oğurlamış Salyan rayon Qarabağlı kənd sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend- verilən məlumata görə, mayın 1-də Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağlı kənd sakini Kamil Məmmədov saxlanılıb.
Məmmədov aprelin 24-də Qarabağlı, Kərimbəyli və Qaraçala kəndlərinin ərazisindən rayon Qaz İstismarı İdarəsi tərəfindən kəsilərək kənara qoyulmuş diametri 530 mm olan qaz borularının 617 metr uzunluğunda hissəsini oğurlamaqda ittiham edilir.