...

İranda zəlzələ baş verib

Hadisə Materials 5 İyun 2013 13:39 (UTC +04:00)
Bu gün İranın Hörmuzqan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Hörmuzqan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 10:04-də baş verdiyini bildirib.

Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.

İnsan ölümü və dağıntılar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti