...

Bakıda yaşayış evlərində yanğın baş verib

Hadisə Materials 6 İyun 2013 00:45 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbədə eyvanın döşəməsi 3 kv.m sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.
Bakıda yaşayış evlərində yanğın baş verib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bakıda yaşayış evlərində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbədə eyvanın döşəməsi 3 kv.m sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti