...

Azərbaycanda qəzetin baş redaktoru saxta sənəd satarkən tutulub

Hadisə Materials 21 Yanvar 2014 14:21 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda qəzetin baş redaktoru saxta sənəd satarkən tutulub

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda baş redaktor saxta sənəd satarkən tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Zəngəzurun səsi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Yavər Nuriyev paytaxt sakini Hüseynağa Məmmədova işləməsi barədə saxta əmək kitabçasını 1500 manata satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti