...

Bakı və Sumqayıtda dənizdə batan şəxslər xilas edilib

Hadisə Materials 18 Avqust 2014 20:31 (UTC +04:00)
Dənizdə batan şəxslər xilas edilib.
Bakı və Sumqayıtda dənizdə batan şəxslər xilas edilib

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Dənizdə batan şəxslər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bundan başqa, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti